Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

“Oracle Advisory Group”: "Exit-poll nəticələrinə görə, İlham Əliyev 93,9 faiz seçicinin səsini qazanıb"

“Oracle Advisory Group”: "Exit-poll nəticələrinə görə, İlham Əliyev 93,9 faiz seçicinin səsini qazanıb"


ABŞ-nin “Oracle Advisory Group” təşkilatı Azərbaycanda keçirilən növbədənkənar prezident seçkilərində apardığı exit-pollun nəticələrini açıqlayıb.

Newscenter.az xəbər verir ki, nəticələrə əsasən, hakim Yeni Azərbaycan Partiyasının prezidentliyə namizədi İlham Əliyev 93,9 faiz seçicinin səsini qazanıb.

Zahid Oruc 1.8 faiz, Fazil Mustafa 1.5, Qüdrət Həsənquliyev 1.2, Elşad Musayev 0.4 faiz, Fuad Əliyev 0.3 faiz, Razi Nurullayev 0.9 faiz səs yığıb.

ABŞ-nin “Oracle Advisory Group” təşkilatının təmsilçisi George Birnbaum bildirib ki, Azərbaycanda keçirilən növbədənkənar prezident seçkiləri demokratiyanın qələbəsidir: "Qarabağda qələbə İlham Əliyevə inanılmaz dəstək göstərib. Qarabağla yanaşı, Azərbaycan Respublikasının digər ərazilərindəki vətəndaşları da ona inamını ifadə edib. 2024-cü ilin nəticələri bu mənada təəccüb doğurmur”.

Mehman Mehdiyev
Xəbəri paylaş