Ermənistanın baş naziri Nikol Paşinyan onun hakimiyyətinə qarşı müxalif olanları bütün strukturlarda təmsilçilikdən uzaqlaşdırmaq tapşırığı verib.
Newscenter.az hraparak.am-a istinadən bildirir ki, Paşinyan tərəfindən belə tapşırıq İrəvan Ağsaqqallar Şurasına da gəlib. Məlumata görə, İrəvan Ağsaqallar Şurası baş nazirin təlimatı əsasında bu gün növbədənkənar iclasını keçirəcək. Gündəmdə isə yalnız bir məsələ durur. Ağsaqqallar Şurasının müxalifət üzvlərinin qurumdan kənarlaşdırılması.
Saytın yazdığına görə, Nikol Paşinyanın təlimatı əsasında İrəvan Ağsaqallar Şurasından uzaqlaşdırılacaq müxalif üzvlər Hayk Marutyan, Zarui Postancyan, Gevorq Stepanyan, Narine Ayrapetyan, Sona Aqekyandır. Adıçəlkilən şəxslərin iclasda mandatdan məhrum edilmələri nəzərdə tutulur.
Mehman Mehdiyev