Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Pakistanda terror aktı, çoxlu sayda ölən var

Pakistanda terror aktı, çoxlu sayda ölən var


Pakistanda daha bir terror aktı həyata keçirilib.

Newscenter.az trthaber-ə istinadən bildirir ki. bu dəfə də terror hədəfi deputatlığa namizədlərdən biri olub. Belə ki, Pakistanın Bəlucistan əyalətində sabah keçiriləcək seçkilərdə müstəqil namizəd kimi mübarizəyə qoşulan Əsfəndiyar Xan Kakarın ofisinə bombalı hücum olub.

Terror aktı nəticəsində 12 nəfər həlak olub, 30-dan çox adam yaralanıb. Hücum zamanı Əsfəndiyar Xan Kakarın ofisində olmadığı bildirilir. Hələlik heç kim hücuma görə məsuliyyəti üzərinə götürməyib.

Qeyd edək ki, yanvarın 31-də daha bir müstəqil namizəd Rehan Zeb Xana silahlı hücum edilib. Hücum nəticəsində Rehan Zeb Han həyatını itirib, 3 nəfər yaralanıb.

Mehman Mehdiyev
Xəbəri paylaş