"Növbədənkənar prezident seçkilərində səsvermə prosesi azad və şəffaf keçir. Seçicilər heç bir kənar müdaxilə olmadan seçki məntəqələrinə gələrək öz vətəndaşlıq borclarını yerinə yetirirlər".
Newscenter.az xəbər verir ki, bu fikirləri "Təhsilə Dəstək və Maarifləndirmə" İctimai Birliyinin sədri Süleyman İsmayılbəyli səsləndirib. İctimai Birlik sədri deyib ki, səsvermə prosesində iştirak etdiyi Səbail rayonu 24 saylı seçki məntəqəsində bunun əyani şahidi olub:
"Seçicilər hər hansı müdaxilə olmadan, tam azad şəkildə məntəqəyə gələrək səslərini verirlər. Müşahidə edilən ən müsbət tendensiyalardan biri vətəndaşların siyasi biliklərinin, dünyagörüşünün daha da təkmilləşməsidir. Hesab edirəm ki, bu da seçki mərhələsi dövründə istər müvafiq qurumların, istərsə də televiziya və digər KİV-lərin həyata keçirdiyi seçki maairlfləndirilməsi ilə bağlıdır".
Süleyman İsmayılbyli deyib ki, Azərbaycan daha bir demokratik, azad və ədalətli seçki keçirməklə dünyaya bir daha demokratik prinsiplərə sadiqliyini nümayiş etdirəcək.
Anar Əliyev