Qırğızıstan və Türkiyə qarşılıqlı olaraq mədəniyyət mərkəzləri açacaq.
Newscenter.az "Sputnik Qırğızıstan"a istinadən bildirir ki, bununla bağlı saziş üç oxunuşda ratifikasiyadan keçib.
Sazişə əsasən, Qırğızıstanın Çingiz Aytmatov adına Mədəniyyət Mərkəzi Türkiyənin paytaxtı Ankara şəhərində yaradılacaq. Bunun üçün 33,6 milyon som vəsait sərf ediləcək.
Mədəniyyət Mərkəzi elm, təhsil, mədəniyyət sahəsində ikitərəfli əməkdaşlığı inkişaf etdirmək, ana dilini və milli adət-ənənələri qoruyub saxlamaq, sıx əlaqələr qurmaq məqsədi daşıyır.
Mehman Mehdiyev