Növbədənkənar prezident seçkilərində Azərbaycan Milli Qeyri-Hökumət Təşkilatları Forumu (MQF) müşahidəçi fəaliyyəti göstərib.
Newscenter.az-a forumdan bildirilib ki, səhər saatlarından etibarən 40 rayon, 500-ə yaxın məntəqədə 213 nəfər MQF müşahidəçiləri seçkiləri müşahidə ediblər:
"MQF qərargahına daxil olan məlumatlara əsasən demək olar ki, seçkilər azad, şəffaf və demokratik mühitdə keçirilib
Müşahidə zamanı seçicilərin yüksək fəallığı, bütün namizədlərə bərabər imkanların yaradılması, şəffaf, ədalətli və demokratik mühitin yaradılması, seçki komissiyalarının işinin qanun çərçivəsində həyata keçirilməsinin, seçicilərin öz səs vermə imkanından istifadə hüququnun təmin olunması, bütün məntəqələrdə QHT və digər müşahidəçilərin olması və s. müşahidələr aparılıb"
Məlumatda o da bildirilib ki, MQF Ümumrespublika müşahidəçiləri müşahidə aparan zaman 17 saylı III seçki dairəsinin 36 saylı məntəqəsində seçicilərin böyük sıxlığı, məntəqə seçki komissiyasının işin düzgün qurulmaması, həmçinin bəzi məntəqələrdə müşahidəçilərin təmsil etdiyi təşkilat haqqında məlumatlı olmaması və s. kimi nöqsanlı hallar aşkarlanıb:
"MQF seçki müşahidəçilərinin təşəbbüsü ilə dairə seçki komissiyasının sədri məntəqəyə dəvət edilib və qeyd olunan nöqsanlar aradan qaldırılıb.
"Rayonlar üzrə fəaliyyət göstərən MQF müşahidəçiləri ilə seçki başladığı andan mütəmadi əlaqə saxlanıllb, seçkilərin azad, şəffaf və demokratik mühitdə keçirilməsi haqqında bizə məlumat verilib və müşahidə zamanı heç bir nöqsanın aşkarlanmadığı bildirilib. MQF Seçki müşahidəçiləri və MQF Seçki qərargahı öz fəaliyyətini davam etdirir.
Azərbaycan Milli QHT Forumunun prezidenti Rauf Zeyni MQF müşahidəçilərini göstərdikləri fəaliyyətə görə minnətdarlığını bildirib və onlara işlərində uğurlar arzu edib", -deyə məlumatda bildirilir.
Süleyman