"Bu gün ailəmlə birlikdə Yasamal 15-ci seçki dairəsinin 19 sayıı məntəqəsində səs verdim. Bu seçkilərə böyük həvəslə getdim, çünki bu bizim qələbəmizdən sonra ilk seçkiləridir".
Bu fikirləri Newscenter.az-a politoloq Vüqar Əhmədov səsləndirib. O bildirib ki, səsvermə zamanı seçki məntəqəsində yaşlı və cavan olmaqla coxlu sayda seçici fəallığı müşahidə edib:
"Hətta çətin hərəkət edən vətəndaşlarımız da seçkilərə gəlmişdir. Seçkilər qanuna uyğun keçirilir, heç bir qayda pozuntusuna rast gəlmədim, seçicilər səbrlə öz növbəsini gözləyib səs verirdilər".
Politoloq hətta seçki məntəqəsinin qarşısında oxuyan, sevinən insanlar da gördüyünü söyləyib:
"Bu ölkəmizin növbəti mərhələsinin uğurlu olacağından xəbər verir".
Vüqar Əhmədov yol boyu digər məntəqələrin qarşısında da vətəndaşlarımızın növbəsini gördüyünü deyib:
"Bu ondan xəbər verir ki, 07 Fevral Prezident seçkilərinə maraq böyükdür".
Anar Əliyev