Türkiyədə güclü leysan yağışlar torpaq sürüşməsinə səbəb olub.
Newscenter.az trthaber-ə istinadən bildirir ki, hadisə Artvində qeydə alınıb. Məlumata görə, bir neçə gün davam edən yağışlar Artvində torpaq sürüşməsinə səbəb olub. Nəticədə Borçka-Hopa avtomobil yolunda gediş-gəliş bağlanıb.
Belə ki, Borçka-Hopa avtomobil yolunun İçkale bölgəsində torpaq sürüşməsi nəticəsində yamacdan qopan torpaq və qaya parçaları magistral yola düşüb. Xoşbəxtlikdən sürüşmə zamanı magistral yolda avtomobil olmayıb.
Magistral yolun nəqliyyatın hərəkəti üçün açılması istiqamətində müvafiq tədbirlər görülür.
Mehman Mehdiyev