Qırğızıstanda xərçəng xəstələrinin sayında artım tendensiyası müşahdiə edilir.
Newscenter.az "Sputnik Qırğızıstan"a istinadən bildirir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat verib. Nazirlik bildirib ki, hər il ölkədə 5500-ə yaxın insan xərçəng xəstəliyinə tutulur.
Məlumata görə, Mərkəzi Asiya ölkələri arasında xərçəngdən ölənlərin sayına görə Qırğızıstan birinci yerdədir.
Nazirlik qeyd edib ki, il ərzində 600 qadında uşaqlıq yolu xərçəngi aşkarlanır, onlardan 300-ü dünyasını dəyişir.
"Hazırda Qırğızıstanda xərçəngin bu növündən xəstələrin və ölüm hallarının azaldılması istiqamətində tədbirlər görülür. Daha doğrusu, 2022-ci ildə 11-14 yaşlı qızların papilloma virusuna qarşı peyvənd edilməsi peyvənd təqviminə daxil edilib",-deyə nazirliyin açıqlamasında qeyd edilib.
Nərgiz Əzizova