"Səhər saatlarında, seçkiyə rəsmi start verilməsindənqısa müddət sonra səsverməyə getməyimə baxmayaraq seçki məntəqəsində yüksək seçici fəallığı müşahidə etdim. Seçicilərdə olan yüksək əhval-ruhiyyə və fəallıq sevindiricidir. Bu da onu deməyə əsas verir ki, vətəndaşlarımızın siyasi aktivliyi ildən-ilə artır və cəmiyyət ölkənin ictimai-siyasi həyatında fəal rol oynayır".
Bu fikirləri Newscenter.az-a paytaxt sakini Ruhiyyə Mehdiyeva verib. Səbail rayonu ərazisində yerləşən 24 saylı seçki məntəqəsində səsvermə prosesində iştirak etdiyini deyən Ruhiyyə Mehdiyeva, Azərbaycanın inkişafı, tərəqqisi və xoşbəxt gələcəyinə səs verdiyini diqqətə çatdırıb:
"Əminəm ki, seçicilərin mütləq əksəriyyəti 20 illik inkişafın, tərəqqinin davamına səs verəcəklər. Çünki Azərbaycanın daha böyük uğurlara, qələbələrə imza atması üçün bu yolun davam etməsi zəruridir, şərtdir".
Anar Əliyev