Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

ATUİAB Eco Paper Cup şirkəti ilə əməkdaşlıq edəcək

ATUİAB Eco Paper Cup şirkəti ilə əməkdaşlıq edəcək


Mərkəzi ofisi Özbəkistanda yerləşən Azərbaycan-Türkiyə-Özbəkistan Iş Adamları Birliyi (ATUİAB) Mərkəzi Asiyanın bu respublikasınən iş adamları, sahibkarları ilə əlaqələri, qarşılıqlı faydalı əməkdaşlığı hər ötən gün bir qəsər də inkişaf etdirir.

ATUİAB-ın həmtəsisçisi və prezidenti Ruslan İmanzadə Newscenter.az-a deyib ki, rəhbərlik etdiyi qurumla əməkdaşlıq edən özbək iş adamlarının sayı artır. Qarşılıqlı əməkdaşlığın iqtisadiyyatın müxtəlif istiqamətlərini əhatə etdiyini deyən Ruslan İmanzadə bu günlərdə Özbəkistanda tanınmış şirkətlərdən olan Eco Paper Cup şirkəti ilə ATUİAB arasında görüş keçirildiyini diqqətə çatdırıb.

"ATUIAB komandası Özbəkistanın öndə gələn istehsalçılarından olan Eco Paper Cup şirkəti ilə əməkdaşlıq və xarici bazara çıxışla bağlı görüş keçirib. Görüş zamanı hər iki tərəf iş şəraiti və planları müzakirə edib".

Süleyman
Xəbəri paylaş