Azərbaycan-Türkiyə-Özbəkistan İş Adamları Birliyi (ATUİAB) Türkiyə ilə əlaqələrini genuşləndirməkdədir.
Newscenter.az xəbər verir ki, ATUAİB rəhbərliyinin özbək və qazax iş adamları ilə birlikdə həyata keçirilən Türkiyə səfəri çərçivəsində Birliyin İstanbul şəhərində ofisi açılıb.
Bu barədə məlumat verən ATUİAB-ın təsisçisi və prezidenti Ruslan İmanzadə deyib ki, artıq prezidenti olduğu qurumun İstanbul ofisinə rəhbərlik edəcək şəxs də müəyyən olunub.
"Baş ofisi Özbəkistanda olan Azərbaycan Türkiyə Özbəkistan İş Adamları Birliyi olaraq Aygün Əliyeva əməkdaşlıq müqaviləsi imzaladıq. Beləliklə, Aygün Əliyeva ATUİAB-ın Türkiyədə rəsmi nümayəndəsi oldu".
Süleyman