Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Avropa siyasətinin islamafobiya və türkfobiya istiqamətində təbliğat apardığının şahidi oluruq

Avropa siyasətinin islamafobiya və türkfobiya istiqamətində təbliğat apardığının şahidi oluruq


"Təəssüflər olsun ki, son vaxtlar Avropa siyasətinin islamafobiya və türkfobiya istiqamətində təbliğat apardığının şahidi oluruq. Bu anlayış Avropa qurum və təşkilatlarında öz əksini tapır".

Newscenter.az xəbər verir ki, bu fikirləri Türk Dünyası İqtisad Fakultəsinin dekanı, Uludağ Universitetinin professoru Mehmet Yüce səsləndirib. Onun sözlərinə görə, bu səbəbdən bu qurumlar müsəlman və türk dövlətlərinə və xalqlarına qarşı ikili standartlar tətbiq edərək öz dəyərlərinə zidd qərarlar verirlər:

"Bəşəriyyətə insani dəyərləri, xüsusilə şəffaf və prinsipial mövqeyini öyrətməyə çalışan Avropa müsəlman və türk məsələsində bütün bu dəyərləri bir kənara qoyub yalan və böhtana əsaslanan təbliğatla hərəkət etməkdə heç bir qüsur, problem görmür. Təəssüf ki, bu davranış sivilizasiyalar arasında qarşıdurma üçün zəmin yaradır".

Süleyman

Xəbəri paylaş