Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Azərbaycanın güclənməsi türk dünyasına yeni təkan verəcək

Azərbaycanın güclənməsi türk dünyasına yeni təkan verəcək


"Türkiyə-Azərbaycan ittifaqı və Azərbaycanın regionda yüksələn gücə çevrilməsi Ermənistan vasitəsilə regionda mənfəət əldə etməyə çalışan Qərbi narahat edir. Çünki Azərbaycan güclənərsə, xarici güclərin öz maraqları üçün Cənubi Qafqazı dağıtmaq ehtimalı aradan qalxacaq".

Newscenter.az xəbər verir ki, bu fikirləri Türk Dünyası İqtisad Fakultəsinin dekanı, Uludağ Universitetinin professoru Mehmet Yüce səsləndirib. O deyib ki, Azərbaycanın güclənməsi türk dünyasına yeni təkan verəcək:

"Güclü Azərbaycan və Türkiyə regionda yeni geosiyasi vəziyyət yaradacaq. Bundan narahat olan Qərb İkinci Qarabağ müharibəsində Ermənistan vasitəsilə məğlub edə bilmədiyi Azərbaycanın uğurunu şübhə altına almaqla Azərbaycanın beynəlxalq aləmdə qazandığı reputasiyaya xələl gətirmək məqsədi güdür. Lakin Avropa Şurasının bu sanksiyanı uzun müddət davam etdirəcəyi gözlənilmir. Çünki Qərb Azərbaycanla bir çox sahələrdə, xüsusilə enerji sahəsində əməkdaşlıq etməyə borcludur və ona görə də geri addım atacaq. Ümumilikdə götürəndə, Türk Dünyasının yüksəlişi Avropanı narahat edir. Çünki türk dünyasının yüksəlişi müstəmləkə sivilizasiyası üzərində yüksələn Avropanın maraqları ilə üst-üstə düşmür".

Süleyman
Xəbəri paylaş