Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Bu qələbə Sizin haqqınızdır!

Bu qələbə Sizin haqqınızdır!


Fevralın 7-də keçirilən növbədənkənar prezident seçkilərində inamlı qələbə qazanan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ünvanına təbriklər gəlməkdə davam edir.

Newscenter.az-ın xəbərinə görə, prezidentliyə namizədliyini irəli sürmüş, sabiq maliyyə naziri Fikrət Yusifov da İlham Əliyevi seçkidə qələbə münasibətilə təbrik edib. Təbrikdə deyilir:

"Möhtərəm cənab Prezident, Sizi seçkilərdəki möhtəşəm qələbəniz münasibətilə təbrik edirəm! Siz qalib gəldiniz! Bu qələbə Sizin haqqınızdı! Bir an geriyə dönüb 20 illik fəaliyyətinizə baxan hər kəs, bu qələbənin kökündə dayanan saysız-hesabsız uğurlarınızı görə bilər!".

Fikrət Yusifov daha sonra vurğulayır:

"Siz son 20 illik fəaliyyətinizlə dövlətimizi dünyada böyük nüfuz və söz sahibinə çevirib, hamını onunla hesablaşmağa məcbur etdiniz! Siz 50 milyonluq Azərbaycanlının 30 illik Qarabağ həsrətinə 44+1 gündə elə bir ustalıqla son qoydunuz ki, bütün dünya buna heyran oldu – dostlar sevindi, düşmənlər isə hikkəsindən boğuldular. Ali Baş Komandan kimi bu möhtəşəm hərbi qələbənizlə dünyaya separatizmin kökünü kəsməyin ən bariz nümuinəsini göstərdiniz!

Bu gün Sizin bu qələbələrinizi həzm etməyən xarici və daxili mənfur qüvvələr anlamalıdırlar ki, arxanızda 10 milyonluq Azərbaycan vətəndaşı deyil, bütövlükdə dünyada yaşayan 50 milyondan çox Azərbaycan türkləri dayanır! Sizə yeni Prezidentlik dönəmində Azərbaycan naminə görəcəyiniz işlərinizdə uğurlar arzulayıram".

Süleyman
Xəbəri paylaş