Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

EkoAvrasiya Vəqfindən Prezident İlham Əliyevə təbrik

EkoAvrasiya Vəqfindən Prezident İlham Əliyevə təbrik


“Fevralın 7-də keçirilən növbədənkənar prezident seçkilərində seçicilərin böyük əksəriyyətinin səsini qazanaraq inamlı qələbə əldə etməsi münasibətilə Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevi təbrik edir, ona qarşıdakı illərdə Azərbaycanın daha da inkişafı və tərəqqisi istiqamətindəki atacağı addımlarda uğurlar arzulayıram”.

Bu fikirləri Newscenter.az-a EkoAvrasiya Vəqfinin İdarə Heyətinin sədri Hikmet Eren İlham Əliyevin yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməsi münasibətilə təbrik edərkən səsləndirib. O qeyd edib ki, 7 fevral seçkilərinin nəticələri əslində əvvəlcədən gözlənilən idi və İlham Əliyevin yüksək səs çoxluğu ilə yenidən dövlət başçısı seçiləcəyinə heç bir şübhə yox idi:

“Həm İlham Əliyevin ötən illərdəki prezidentlik dövründə Azərbaycanın çiçəklənməsi, inkişafı, regionda və dünyada yerinin, nüfuzunuhn daha da möhkəmlənməsi istiqamətindəki fəaliyyəti, həm də İkinci Qarabağ müharibəsində Ali Baş Komandan kimi tarixi zəfərə imza atması, Azərbaycanın ərazi bütövlüyünü tamamilə bərpa etməsi Onun seçkilərdə inamlı qələbəsini şərtləndirən başlıca amillərdən idi”.

Hikmet Eren əmin olduğunu bildirib ki, İlham Əliyevin prezident kimi qarşıdakı illərdəki fəaliyyəti dövrü də Azərbaycan üçün faydalı olacaq və qardaş ölkə bütün istiqamətlərdə öz uğurlu inkişaf yolunu davam edirəcək:

“Bir daha Cənab İlham Əliyevi fevralın 7-də keçirilən növbədənkənar prezident seçkilərində inamlı qələbə qazanması münasibətilə səmimi qəlbdən təbrik edir və Ona Azərbaycanı daha da inkişaf etdirmək, dünyada söz sahibinə çevirmək istiqamətindəki fəaliyyətlərində uğurlar arzulayıram”.

Süleyman İsmayilbəyli
Xəbəri paylaş