Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Ərəb Parlamentinin rəhbəri Azərbaycanı uğurlu seçkilər münasibətilə təbrik edib

Ərəb Parlamentinin rəhbəri Azərbaycanı uğurlu seçkilər münasibətilə təbrik edib


Azərbaycanda keçirilən növbədənkənar prezident seçkiləri çox uğurlu, yüksək seçici fəallığı ilə keçib.

Newscenter.az xəbər verir ki, bunu Ərəb Parlamentinin prezidenti Adel bin Əbdulrəhman əl-Asumi mətbuat konfransında deyib.

“Mən Azərbaycanı uğurlu seçkilər münasibətilə təbrik etmək istəyirəm. Dünən bir çox seçki məntəqələrində seçkiləri müşahidə etdik və hər yerdə çox yüksək seçici fəallığının şahidi olduq”, - o vurğulayıb.

Ərəb Parlamentinin prezidentinin sözlərinə görə, müşahidə zamanı onlar seçicilərin iradəsinin ifadəsi prosesinə heç bir müdaxilə halına rast gəlməyiblər: “Hər bir seçici ölkə prezidenti kimi görmək istədiyi namizədə səs verə bilib”.

“Seçkilər şəffaf keçib və biz Ərəb Parlamenti olaraq bunu alqışlayırıq. Seçki prosesində heç bir pozuntu və ya hər hansı ciddi qanun pozuntusu qeydə alınmayıb”, - Adel bin Əbdulrəhman əl-Asumi deyib.

Sona
Xəbəri paylaş