Ermənistanda oğlan sayı azalmaqdadır.
Newscenter.az news.am-a istinadən bildirir ki, Ermənistanın Statikstika Təşkilatı belə bir açıqlama ilə çıxış edib. Təşkilat ölkədə doğum sayının da aşağı düşdüyünü bildirib.
Məlumata görə, 2023-cü ildə Ermənistanda 36 min 265 uşaq doğulub ki, bu da 2022-ci illə müqayisədə 110 uşaq azdır. Yeni doğulanların 19 min 052 oğlan 17 min 213 nəfəri isə qız olub. 2022-ci illə müqayisədə yeni doğulan oğlanların sayı 184 nəfər azalıb, qızların sayı isə əksinə, 74 nəfər artıb.
Məlumatda Ermənistanda ölü doğulanların sayının da azaldığı əksini tapıb. Bildirilib ki, 2023-cü ildə 420 uşaq ölü doğulub. Halbuki 2022-ci ildə bu rəqəm 427 olub.
Mehman Mehdiyev