Azərbaycanın hazırkı Prezidenti İlham Əliyev səslərin 92,05% faizini qazanmaqla növbədənkənar prezident seçkilərində liderlik edir.
Newscenter.az-ın məlumatına görə, bunu Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov məntəqələrin 93,3 faizinin nəticəsini elan edib.
Namizədliyi özü tərəfindən irəli sürülən Zahid Oruc 2,19 faiz;
Böyük Quruluş Partiyasının prezidentliyə namizədi Fazil Mustafa 2 faiz;
Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının prezidentliyə namizədi Qüdrət Həsənquliyev 1,76 faiz;
Milli Cəbhə Partiyasının prezidentliyə namizədi Razi Nurullayev 0,8 faiz;
Böyük Azərbaycan Partiyasının prezidentliyə namizədi Elşad Musayev 0,67 faiz;
Namizədliyi özü tərəfindən irəli sürülən Fuad Əliyev isə 0,53 faiz səs toplayıb.
Sevinc Mehdiyeva