“Fevralın 7-də keçirilən növbədənkənar prezident seçkilərində Yeni Azərbaycan Partiyasının prezidentliyə namizədi Cənab İlham Əliyevin inamlı qələbəsi gözlənilən idi. Cənab Prezidentin ötən illərdəki dövlət başçısı kimi uğurlu fəaliyyətini bir kənara qoyaraq, təkcə İkinci Qarabağ müharibəsində tarixi zəfərə imza atması Onun yenidən prezident seçilməsi üçün kifayət edirdi”.
Newscenter.az xəbər verir ki, bu fikirləri “Milli İnkişaf” İctimai Birliyinin sədri Arzuman Muradlı növbədənkənar prezident seçkilərinin nəticələrini dəyərləndirərkən səsləndirib. İctimai Birlik sədri deyib ki, Azərbaycan xalqı həm ötən 20 ildəki uğurlu siyasət və əldə edilən uğurları, həm də 44 günlük Vətən müharibəsindəki tarixi zəfəri yüksək qiymətləndirərək qarşıdakı illərdə də ölkəmizin uğurlu inkişafına, tərəqqisinə səs vermiş oldu:
“Cənab İlham Əliyevin ötən 20 ildəki fəaliyyətinə nəzər saldıqda görürük ki, bu illər Azərbaycanın ictimai-siyasi, sosial-iqtisadi, eləcə də diplomatik və hərbi həyatında yalnız nailiyyətlərlə yadda qalıb. Bütün bu uğurlar isə Azərbaycan xalqı tərəfindən yüksək qiymətləndirilib, təqdir edilib. Bunun məntiqi nəticəsi kimi Azərbaycan vətəndaşları fevralın 7-də səsvermə məntəqələrinə gələrək bu siyasətin davvamına səs verməklə Cənab İlham Əliyevi seçkinin qalibi etdi”.
Süleyman