Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

İlham Əliyevin qələbəsinə heç bir şübhə yox idi

İlham Əliyevin qələbəsinə  heç bir şübhə yox idi


“Dünən Azərbaycan xalqı, ölkə seçiciləri bir daha doğru, düzgün seçim edərək ölkəmizin uğurlu inkişafının davamına, xoşbəxt gələcəyə səs vermiş oldular. Əslində Azərbaycan xalqının başqa bir seçim edəcəyi də mümkün deyildi. Çünki xalq hər şeyi yaxşı görüb yaxşı qiymətləndirməyi bacarır”.

Newscenter.az xəbər verir ki, bu fikirləri politoloq Elvin Babayev səsləndirib. O qeyd edib ki, 7 fevral seçkilərinin nəticələri əslində əvvəlcədən gözlənilən idi və İlham Əliyevin yüksək səs çoxluğu ilə yenidən dövlət başçısı seçiləcəyinə heç bir şübhə yox idi:

“Həm İlham Əliyevin ötən illərdəki prezidentlik dövründə Azərbaycanın çiçəklənməsi, inkişafı, regionda və dünyada yerinin, nüfuzunun daha da möhkəmlənməsi istiqamətindəki fəaliyyəti, həm də İkinci Qarabağ müharibəsində Ali Baş Komandan kimi tarixi zəfərə imza atması, Azərbaycanın ərazi bütövlüyünü tamamilə bərpa etməsi Onun seçkilərdə inamlı qələbəsini şərtləndirən başlıca amillərdən idi”.

Elvin Babayev əminliklə bildirib ki, İlham Əliyevin prezident kimi qarşıdakı illərdəki fəaliyyəti dövrü də Azərbaycan üçün faydalı olacaq və ölkə bütün istiqamətlərdə öz uğurlu inkişaf yolunu davam etdirəcək:

“Başda Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev olmaqla bütün Azərbaycan xalqını 7 fevral tarixində keçirilən növbədənkənar seçkilərində əldə edilən inamlı qələbə münasibətilə təbrik edir, Azərbaycana yeni-yeni uğurlar, nailiyyətlər arzulayıram”.

Süleyman
Xəbəri paylaş