Qazaxıstanda hava şəraitinin kəskin dəyişməsi təhsil müəssisələrinin distant təhsilə keçməsinə səbəb olub.
Newscenter.az "Sputnik Qazaxıstan"a istinadən bildirir ki, pis hava şəraiti xüsusilə Astanada ciddi problemlər yaradıb. Bu səbəbdən Astanada orta məktəblər və kollecin 1-2 kurs tələbələri üçün tədrisin distant formada həyata keçirilməsi qərara alınıb.
Bu arada sinoptiklərin verdiyi xəbərə görə, fevralın 9-da Astanada çovğun olacaq, yollar buz bağlayacaq, güclü cənub-qərb küləyi əsəcək. Küləyin sürəti 23-28 m/s-ə qədər artacaq.
Çovğun və güclü küləklə əlaqədar Astana şəhərinin Fövqəladə Hallar Departamenti paytaxt sakinlərinə və qonaqlarına şəhərdən kənara çıxmamağı və diqqətli olmağı tapşırıb.
Bundan əvvəl Astana qubernatoru Jenis Kasymbekin fırtına ilə bağlı paytaxt sakinlərinə müraciət edib. Şəhər rəhbəri bildirib ki, “yaşlılar və uşaqlar xəsarət almamaq üçün küçəyə çıxmaqdan çəkinməlidirlər.
Mehman Mehdiyev