Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Paşinyan İlham Əliyevi təbrik edəcək?

Paşinyan İlham Əliyevi təbrik edəcək?


Ermənistanın baş naziri Nikol Paşinyanın Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi dövlət başçısı seçilməsi münasibətilə təbrik edib-etməyəcəyi indi erməni cəmiyyətində əsas müzakirə mövzusuna çevrilib.

Newscenter.az hraparak.am-a istinadən xəbər verir ki, əslində Nikol Paşinyan Azərbaycan Prezidenti İlham Əliyevi təbrik etməkdə maraqlıdır. Sayt iddia edir ki, hətta Paşinyan ailəsinə yaxın olan qəzetdə Azərbaycan prezidenti İlham Əliyevin Xankəndidə səsvermə prosesində iştirakına dair bir neçə foto da dərc edilib. Hraparak.am bundan irəli gələrək hesab edir ki, Paşinyan Azərbaycan Prezidenti İlham Əliyevi dövlət başçısı seçilməsi münasibətilə təbrik edəcək.

Qeyd edək ki, bundan əvvəl Nikol Paşinyan Rəcəb Tayyib Ərdoğanı Türkiyə prezidenti seçilməsi münasibətilə təbrik etmişdi.

Mehman Mehdiyev
Xəbəri paylaş