Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Qazaxıstanda hava limanının fəaliyyəti iflic olub

Qazaxıstanda hava limanının fəaliyyəti iflic olub


Qazaxıstanın paytaxtı Astanada hava limanının fəaliyyəti iflic olub.

Newscenter.az "Sputnik Qazaxıstan"a istinadən bildirir ki, buna səbəb əlverişsiz hava şəraiti və güclü küləkdir. Astana hava limanının mətbuat xidməti məlumat verib ki, güclü külək səbəbindən 15 reys ləğv edilib. Bundan başqa əlverişsiz hava şəraiti 18 reysin gecikməsinə səbəb olub.

Hava limanından bildirilib ki, gün ərzində üumilikdə Astana hava limanında 72 reys həyata keçirilməlidir. Hava şəraiti bu cür davam edəcəyi təqdirdə digər reyslərin də ləğv edilməsi gözlənilir.

Mehman Mehdiyev
Xəbəri paylaş