Bu gün müstəqillik tariximizin suveren Azərbaycanı ilk dəfə olaraq öz bütöv ərazilərində Prezidentini seçdi. Xalqımız bu seçkilərə əsil bayram əhval-ruhiyyəsi ilə gedərək seçkiyə xüsusi rəngarənglik gətirdi.
Seçki fəallığının 70 faizdən çox olması Ümumxalq seçkisinin baş tutduğunu göstərdi.
Şuşa, Xankəndi, Xocalı, Zəngilan, Füzuli bu gün Zəfərin ən şanlı səhifəsini yazdı, Müzəffər Prezidentinin yeni Zəfər tarixini yazdı.
7 Fevral seçkisi ən gur, ən ALİ seçki oldu.
Seçkilərin rəsmi nəticələri elan olunmasa da, ABŞ-nin “Oracle Advisory Group” təşkilatının keçirdiyi “exit-poll”un nəticələrinə əsasən, seçicilərin 93,9 faizi YAP-ın namizədi Cənab İlham Əliyevə səs verib. Eləcə də Sosioloji Tədqiqatlar Mərkəzi, “Rəy” Monitorinq Mərkəzi və digər sorğu mərkəzlərinin nəticələrinə əsasən, İlham Əliyev 92-93 faiz səslə qalib gəlib.
Sözsüz ki, İlham Əliyevin qalib gələcəyinə şübhə yox idi, Xalq onu seçki qutusunda deyil, Qəlbində daimi seçmişdi.
Zəfərdən İlhamlanan Xalq 2020-ci il 10 noyabrda Zəfər sevincini qeyd etmək üçün küçə və meydanlara, parklara çıxaraq bayram etdiyi kimi indi eyni xoşbəxt dəqiqələri yaşayır.
Bu gün Azərbaycan 7 Fevral Zəfərini, Qələbə Paradını qeyd edir.
Tarixi Qaliblər yazır, tarixi İlham Əliyev yazır.
Azərbaycanın həyatında yeni Era başlayır...
Vaqif Abdullayev-siyasi elmlər doktoru, professor