Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Ramazan ayında veriləcək fitrənin məbləği bəlli oldu

Ramazan ayında veriləcək fitrənin məbləği bəlli oldu


İslam dünyasının müqəddəs aylarından Ramazan ayına xas xüsusiyyətlərdən olan fitrə zəkatının miqrqdarı müəyyən edilib.

Newscenter.az trthaber-ə istinadən bildirir ki, Türkiyənin Diyanət İşləri Başqanılığı Dini İşlər üzrə Ali Şurası 2024-cü il üçün veriləcək fitrə məbləğini açıqlayıb. Qurumun açıqlamasından məlum olub ki, bu il veriləcək fitrə zəkatının miqdarı 130 TL təşkil edəcək.

Qeyd edək ki, fitrə zəkatı Ramazan ayının sonuncu günü, bayram namazından əvvəl imkansız ailələrə, xəstələrə, köməyə ehtiyacı olan şəxslərə verilir.

Məlumat üçün bildirək ki, bu il Ramazan ayı mart ayının 10-da başlayır.

Nərgiz Əzizova
Xəbəri paylaş