Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Seçkilər azad və demokratik şəraitdə keçib

Seçkilər azad və demokratik şəraitdə keçib


"Fevralın 7-də Azərbaycanda keçirilən növbədənkənar parlament seçkiləri azad və demokratik şəraitdə baş tutub".

Newscenter.az xəbər verir ki, bu fikirlər "Xəbər Mərkəzi" Analitik Qrupun açıqlamasında yer alıb. Açıqlamada qeyd edilib ki, bütün seçki məntəqələrində yerli və beynəlxalq müşahidəçilərin seçki müşahidəsi aparması və heç bir ciddi qanun pozuntusunun qeydə alınmaması belə deməyə əsas verir:

"Eyni zamanda seçkidə iştirak edən digər namizədlərin də seçkinin yüksək səviyyədə, onun nəticələrinə təsir edə biləcək hansısa pozuntunun qeydə alınmadığını açıq şəkildə ifadə etmələri 7 fevral seçkilərinin demokratik şəraitdə keçirildiyinə dəlalət edir".

Analitik Qrup seçkilərdə yüksək seçici fəallığının olmasını da müsbət tendensiya kimi qiymətləndirib.

Mehman Mehdiyev
Xəbəri paylaş