Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Seçkilərdə qazanılan uğurlu qələbə 44 günlük Vətən Müharibəsndəki tarixi zəfərin davamıdır

Seçkilərdə qazanılan uğurlu qələbə 44 günlük Vətən Müharibəsndəki tarixi zəfərin davamıdır


“Başda Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev olmaqla bütün Azərbaycan xalqını 7 fevral tarixində keçirilən növbədənkənar seçkilərində əldə edilən inamlı qələbə münasibətilə təbrik edir, Azərbaycana yeni-yeni uğurlar, nailiyyətlər arzulayıram”.

Newscenter.az-ın xəbərinə görə, bu fikirlər Niderland Krallığında fəaliyyət göstərən Hollandiya-Azərbaycan Türk Mədəniyyət Mərkəzinin rəhbəri İlhan Aşkının Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə ünvanladığı təbrik məktubunda əksini tapıb. Fevralın 7-də Azərbaycan xalqının bir daha dünyaya birlik, həmrəylik nümayiş etdirdiyini diqqətə çatdıran İlhan Aşkın qeyd edib ki, seçkilərdə qazanılan uğurlu qələbə 44 günlük Vətən Müharibəsndəki tarixi zəfərin davamıdır:

“Necə ki, İkinci Qarabağ savaşında bütün Azərbaycan xalqı, dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlılar Ali Baş Komandan Cənab İlham Əliyevin ətrafında sıx birləşərək onun komandanlığı ilə 30 ilə yaxın işğal altında olan əraziləri azad etdi, eynilə də 7 fevral seçkilərində bir daha xalq bu birliyi, bərabərliyi nümayiş etdirərək Vətən müharibəsinin qalib liderini həm də seçkilərin qalibi etdi”.

İlhan Aşkın əmin olduğunu bildirib ki, qarşıdakı illərdə də Azərbaycanın ötən 20 ildəki uğurlu inkişaf və tərəqqi yolu davam edəcək, Azərbaycan daha neçə-neçə zəfərlərə imza atacaq:

“Bir daha Cənab İlham Əliyevi Azərbaycan Respublikasının Prezidenti seçilməsi münasibətilə ürəkdən təbrik edir, ona dövlət başçısı kimi fəaliyyətindən uğur və nailiyyətlər arzulayıram".

Süleyman
Xəbəri paylaş