Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Xalqımız öz iradəsinin gücünü dünyaya nümayiş etdirdi

Xalqımız öz iradəsinin gücünü dünyaya nümayiş etdirdi


"Növbədənkənar prezident seçkilərinin keçirilməsi ilə bağlı qərardan sonra Azərbaycanı gözü götürməyən qüvvələr, ölkələr və özünə azərbaycanlı deyib xarici xüsusi xidmət orqanlarına "işləyən"lər fəallaşdılar. Onların məqsədi seçkiyə qədərki zaman ərzində ölkə ərazisində qarşıdurma, hərc-mərclik və xaos yaratmaqla Azərbaycanı daxildən parçalamaq idi. Ancaq düşmənlərimizin bütün cəhdləri fiaskoya uğradı. 7 fevral 2024-cü il tarixində seçki hüququ olan əhalinin 77.73 faizi səsvermədə iştirak edib və Azərbaycanın hazırkı prezidenti, YAP-ın namizədi İlham Əliyev böyük fərqlə yenidən prezident seçilib".

Newscenter.az-a xəbər verir ki, bu fikirləri ictimai-siyasi fəal Anar Salehoğlu səsləndirib. O bildirib ki, seçkidə doğma vətənimizin gələcəyinə səs verən xalqımızın nümayəndələri proses yekunlaşdıqdan sonra küçələrə, meydanlara axışaraq İlham Əliyevin prezident seçilməsini bayram etdilər:

"Bununla biz Azərbaycanda hakimiyyətin mənbəyinin xalq olduğunu, öz prezidentimizi - İlham Heydər oğlu Əliyevi çox sevdiyimizi bütün dünyaya əyani şəkildə göstərdik. Bu mənzərə dostları sevindirdi, düşmənləri isə məhv etdi.

Xalq öz liderini sevir, ona böyük etimad göstərir. Bu bir reallıqdır və bunu heç kim, heç bir qüvvə dəyişə bilməz!".

Süleyman
Xəbəri paylaş