Xocalı soyqırımının 32-ci ildönümü Azərbaycanla yanaşı, dünyanın müxtəlif ölkələrində də qeyd ediləcək.
Newscenter.az xəbər verir ki, bununla bağlı diaspor təşkilatları artıq hazırlıq işlərinə başlayıb. Anım tədbirləri zamanı ermənilərin Xocalıda törətdikləri vəhşilikləri əks etdirən film nümayiş olunacaq, sərgi təşkil nümayiş etdiriləcək.
Anım tədbirlərinin Almaniya, Niderland, Belçika və İsveçdə keçirilməsi nəzərdə tutulur.
Həmçinin digər Avropa ölkələrində də anoloji tədbirlərin keçirilməsi planlaşdırılır.
Sona