Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

ATUİAB Bursadakı Uludağ Universiteti ilə əməkdaşlığa başlayır

ATUİAB Bursadakı Uludağ Universiteti ilə əməkdaşlığa başlayır


Azərbaycan-Türkiyə-Özbəkistan İş Adamları Birliyi (ATUİAB) Türkiyənin Bursa vilayətində yerləşən Uludağ Universiteti ilə əməkdaşlıq edəcək.

Newscenter.az xəbər verir ki, bu barədə məlumatı Azərbaycan-Türkiyə-Özbəkistan İş Adamları Birliyinin həmtəsisçisi və prezidenti Ruslan İmanzadə verib. O bildirib ki, səfər çərçivəsində Bursa Uludağ Üniversitetinin rektor yardımçısı professor doktor Zekeriya Arı, bu təhsil ocağının Səhiyyə, Mədəniyyət və İdman üzrə Dairə Başkanı
Mehmet Aydemir, həmçinin Uludağ Universitetinin Türk Dövlətləri Akraba Topluluqları Uyğulama və Araşdırma Mərkəzi ilə görüşlərimiz oldu:

"Görüşlər zamanı ATUİAB Uludağ Universiteti ilə Azərbaycan və Özbəkistanın universitetləri arasında əlaqələrin qurulması nəzərdən keçirildi, Azərbaycan Dövlət Neft Sənaye Universiteti, Özbəkistan Kimya Texnolgiya Universiteti və Uludağ Universiteti barədə qarşılıqlı olaraq məlumat mübadiləsi oldu. ATUİAB-ın gələcəkdə həyata keçirməyi nəzərdə tutduğu yay və qış məktəbləri proqramı barədə məlumat verildi. Eyni zamanda təşkilat olaraq Uludağ Universitetinin Türk Dövlətləri Akraba Topluluqları Uyğulama və Araşdırma Mərkəzi ilə əməkdaşlığa baçladıq".

Qeyd edək ki, ATUİAB-ın təşkilatçılığı ilə özbək və qazax iş adamlarından ibarət nümayındə heyətinin Türkiyəyə işgüzar səfəri təşkil edilib. Səfər çərçivəsində Türkiyənin bir sıra şəhərlərində iş görüşmələri təşkil edilib.

Süleyman
Xəbəri paylaş