Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Avtomobil elektrovozun yoluna çıxaraq qəzaya səbəb olub

Avtomobil elektrovozun yoluna çıxaraq qəzaya səbəb olub


Bu gün saat 07:10 radələrində ADY-yə məxsus elektrovoz Sitalçay yaxınlığında hərəkətdə olarkən dövlət qeydiyyat nişanı 75-Vl-639 olan “Nazlifan” markalı avtomobil keçiddə quraşdırılmış yol nişanlarına əhəmiyyət vermədən dəmir yolu xəttini keçməyə cəhd edib.

Newscenter.az quruma istinadən xəbər verir ki, nəticədə toqquşma qaçılmaz olub. Xoşbəxtlikdən xəsarət alan olmayıb.

ADY nəqliyyat vasitələri sürücülərini “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 44-cü maddəsinin tələblərinə ciddi riayət etməyə, dəmir yolu keçidlərinə yaxınlaşarkən sürət həddini aşağı salmağa, yüksək sayıqlıq göstərməyə və keçidin qatardan boş olduğuna tam əmin olduqdan sonra hərəkətlərini davam etdirməyə çağırır.

Xatırladaq ki, dəmiryol keçidlərindən keçmə qaydalarının pozulması, nəqliyyat vasitələrinin dəmir yollarını dəmiryol keçidlərindən kənar yerlərdən keçməsinə görə sürücülər 100 manat məbləğində cərimə edilir.

Süleyman
Xəbəri paylaş