Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Bütün sahələrdə islahatların aparılması mütləq olacaq

Bütün sahələrdə islahatların aparılması mütləq olacaq


"Seçki prosesi müddətində ən çox edilən islahat çağırışları oldu. İstər hakimiyyətin, istərsə də bizim seçki kampaniyamız islahatların vacibliyi üzərindən quruldu. Çünki indiki məqamda islahatların aparılması ölkənin gələcəyini müəyyən edəcək".

Bu fikirləri Newscenter.az-a BAXCP sədrinin müşaviri Azər Qasımov səsləndirib. Onun sözlərinə görə, bütün sahələrdə islahatların aparılması mütləq olacaq:

"İslahatların ali qanunverici orqan olan Milli Məclisdən tutmuş hüquq-mühafizə, məhkəmə sistemi, təhsil, səhiyyə, sosial sahə kimi bir çox sahələri əhatə etməsi gözləntilər sırasındadır".

BAXCP rəsmisi deyib ki, siyasi islahatların aparılması ölkənin demokratikləşməsindən keçir:

"Bunun üçün demokratik mühitin yaradılması, söz azadlığının mövcudluğu kimi amillərin ön plana çıxması lazımdır. Təbii ki, konstruktiv tənqid və təkliflər nəzərə alınmalıdır. Ölkənin siyasi aktiv insanlarının idarəçiliyə cəlb olunması praktikası tətbiq edilməlidir. Ölkə bütün vətəndaşların fikirlərinin nəzərə alınması yolu ilə idarə edilməli, milli birliyə nail olunmalıdır".

Süleyman
Xəbəri paylaş