Dünya Alpaqut Federasiyanın (DAF) prezidenti, Milli Məclisin deputatı Jalə Əhmədova Türk dövlətlərinin Azərbaycandakı səfirləri ilə görüşləri çərçivəsində bu gün Özbəkistanın ölkəmizdəki səfiri Bahrom Aşrafxanovla görüşüb.
Bu barədə məlumatı Newscenter.az-a millət vəkili özü verib. Deputat bildirib ki, görüşdə diplomata DAF-ın gerçəkləşdirmək istədiyi layihə ilə bağlı məlumat verilib.
Səfir Bahrom Aşrafxanov öz növbəsində Dünya Alpaqut Federasiyanın fəaliyyətini böyük maraqla izlədiyini bildirib və milli irsimizi əks etdirən etnospor oyunlarının təbliği və inkişafı yönündə dəstəyini əsirgəməyəcəyini vurğulayıb. O cümlədən Federasiyanın beynəlxalq səviyyədə qazandığı uğurları və qədim milli idman oyunlarının inkişafı istiqamətində reallaşdırmaq istədiyi layihəni təqdirlə qarşıladığını, birgə əməkdaşlığa hazır olduqlarını deyib.
Qeyd edək ki, bundan əvvəl isə DAF prezidenti, millət vəkili Jalə Əhmədova Qırğızıstanın ölkəmizdəki səfiri Kayrat Osmonaliyev və Qazaxıstanın ölkəmizdəki səfiri Alim Bayellə görüşüb. Keçirilən görüşlərdə Türk dövlətlərinin ortaq mədəni dünyagörüşünü və qədim türk milli idman oyunlarını özündə cəmləşdirən Dünya Alpaqut Federasiyanın beynəlxalq səviyyədə qazandığı nailiyyətlər barədə diplomatlara məlumat veriilib. Habelə qədim milli idman oyunlarının inkişafı istiqamətində əməkdaşlıq məsələləri müzakirə edilib.
Süleyman