Bu gün energetika naziri Pərviz Şahbazov Ağdaş şəhərində vətəndaşları qəbul edib.
Newscenter.az nazirliyə istinadən xəbər verir ki, qəbulda Ağdaş, Yevlax, Gəncə, Göyçay, Ucar və Qəbələ rayonlarından olan 24 vətəndaş iştirak edib.
Vətəndaşların elektrik enerjisi şəbəkəsinə qoşulma, elektrik verilişi xətlərinin mühafizə zonası, elektrik qurğu və avadanlıqlarının istismar vəziyyəti, sayğaclaşdırma, qaz təchizatı, qaz sərfiyyatına görə borcun yaranması, işlə təminat və digər məzmunlu müraciətləri dinlənilib, qaldırılan məsələlərin qanunvericiliyin tələblərinə uyğun həll edilməsi üçün müvafiq tapşırıqlar verilib.
Süleyman