Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

"Ermənistan danışıqlarda güzəştə getməməlidir"-OHANYAN

"Ermənistan danışıqlarda güzəştə getməməlidir"-OHANYAN


"Ermənistan hakimiyyəti yalnız bizim maraqlarımızdan istifadə etməli, daim təzyiq altında qalmamalı, güzəştə getməməlidir".

Newscenter.az hraparak.am-a istinadən bildirir ki, bu fikirləri Ermənistanın Milli Assambleyanın Hayastan fraksiyasının deputatı, keçmiş müdafiə naziri Seyran Ohanyan səsləndirib.

Sabiq nazir tələb edib ki, İrəvan yalnız Ermənistanın maraqlarının irəli sürülüb, təmin olunacağı görüşlərdə iştirak etsin:

“Ermənistan üçün xarici siyasət bizim təhlükəsizliyimizin təminatını təşkil edən istiqamətlərdən biridir. Belə görüşlərə yalnız Ermənistanın maraqları öndə getməlidir",-deyə sabiq nazir bildirib.

Mehman Mehdiyev
Xəbəri paylaş