Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Əsl siyasi mədəniyyət və diplomatik nəzakət nümunəsi

Əsl siyasi mədəniyyət və diplomatik nəzakət nümunəsi


"ABŞ Prezidenti Co Bayden reallıq hissini itirmiş lider olduğuna görə, bu ölkənin Azərbaycandakı Səfirliyi də reallıqdan uzaq bəyanatla çıxış edib. Belə ki, ABŞ-ın Bakıdakı Səfirliyinin 7 fevral növbədənkənar prezident seçkiləri ilə bağlı verdiyi bəyanat diplomatik fəaliyyət prinsiplərinə tamamilə ziddir və ölkələrimiz arasında münasibətləri zədələməyə xidmət edir".

Newscenter.az xəbər verir ki, bu fikirləri Azərbaycan Həmrəylik Komitəsinin (AHK) sədri Əlisahib Hüseynov səsləndirib. Onun sözlərinə görə, Birləşmiş Ştatların ölkəmizdəki səfirliyini fevralın 7-də keçirilmiş prezident seçkilərinin gedişatı və nəticələri deyil, ABŞ-ın özündəki seçki pozuntuları və insan haqları sahəsindəki ciddi problemlər daha çox narahat etməlidir:

"Hazırda Ağ Ev administrasiyası Baydenin seçkidə əsas rəqibi sayılan Donald Trampın qələbəyə gedən yolunu bağlamaq üçün ağlasığmaz məhdudiyyətlərə əl atır, süni əngəllər yaradır. Texasda baş verən olaylar isə, ümumiyyətlə, demokratiya adına ləkədir. ABŞ Səfirliyi öz ölkəsinin ayıblarına kor olub, bizim ölkəmizin seçki prosesində nöqsan axtarır. Səfirliyin bu hərəkəti ikrah hissi doğurur".

AHK sədri qeyd edib ki, ABŞ Səfirliyinin məlum bəyanatla çıxış etməsi eyni zamanda qeyri-peşəkarlıqdan xəbər verir:

"Bu onu göstərir ki, Amerikanın diplomatik korpusu qeyri-peşəkardır. Amerikalı diplomatlar peşəkar olsaydılar, heç olmasa, Böyük Britaniyanın Azərbaycandakı Səfirliyindən nümunə götürə bilərdilər. ABŞ-ın səfirindən fərqli olaraq Böyük Britaniyanın Azərbaycandakı səfiri Ferqus Auld Prezident İlham Əliyevi seçkilərdə qalib gəlməsi münasibətilə təbrik etdi. Bu, əsl siyasi mədəniyyət və diplomatik nəzakət nümunəsidir. Biz ingiltərəli diplomatın bu addımını təqdir edirik".

Əlisahib Hüseynov, "Çox istərdik ki, ABŞ səfiri də siyasi intriqntlıqla məşğul olmaq əvəzinə, ilk növbədə özünün birbaşa vəzifələrinin icrasına daha çox diqqət ayırsın və Azərbaycanın iç məsələlərinə müdaxilə etməsin. Lakin görünür, ABŞ-ın Azərbaycana yeni təyin olunan səfiri Mark Libbi diplomatik etiket və ünsiyyət mədəniyyətini hələ tam mənimsəyə bilməyib. Cənab səfirə tövsiyyə edirik ki, qoy, öz həmkarlarından yaxşı nümunə götürsün və ABŞ-Azərbaycan münasibətlərinə zərbə vurmaq yox, töhfə vermək xəttini tutsun",-deyə bildirib.

Süleyman
Xəbəri paylaş