Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

İlham Əliyevin yenidən Prezident seçilməsi Türk Dünyasında sevinclə qarşılanıb

İlham Əliyevin yenidən Prezident seçilməsi Türk Dünyasında sevinclə qarşılanıb


"Bu günlərdə Azərbaycanda keçirilən Prezident seçkilərində 92 faizdən çox səs toplayaraq 5-ci dəfə Prezident seçilən cənab İlham Əliyevi təbrik edirik.

21 ildir Azərbaycanı idarə edən cənab Əliyev indiyədək bir çox uğurlara imza atıb. Onun Azərbaycanın Qafqazın parlayan ulduzuna çevrilməsində göstərdiyi zəhmət və nailiyyətlər təqdirəlayiqdir. Xüsusilə Azərbaycanın işğal altında olan torpaqlarının azadlıq mübarizəsində göstərdiyi müdriklik və düzgün mövqe Türk Dünyasında böyük əks-səda doğurmuş və dünya müharibəsi tarixinə qızıl hərflərlə yazılmışdır".

Newscenter.az xəbər verir ki, bu fikirlər İstanbul Türkiyə-Azərbaycan Dərnəyinin (İSTAD) sədri, TADEF-in mətbuat katibi Səfər Karakoyunlunun təbrik məktubunda əksini tapıb.

Səfər Karakoyunlu qeyd edib ki, Türkiyənin və Türk Millətinin yanında olduğunu bəyan edən Prezident İlham Əliyev hər platformada “İKİ DÖVLƏT, BİR MİLLET” ifadəsinin adi şüar olmadığını, sözdə deyil, mahiyyətcə qardaş dövlət olduğumuzu vurğulayıb:

"Bölgədə sülhün, sabitliyin və etimadın qorunması məqsədilə İlham Əliyevin yenidən Prezident seçilməsi Türk Dünyasında və Türkiyədə sevinclə qarşılanıb. Cənab Prezident İlham Əliyevi təbrik edir, qardaş Azərbaycan xalqına ehtiramlarımızı bildiririk".

Süleyman
Xəbəri paylaş