Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Keçən il ADY-yə məxsus qatarlara 28 dəfə daş atılıb

Keçən il ADY-yə məxsus qatarlara 28 dəfə daş atılıb


2023-cü ildə ADY-yə məxsus qatarlara 28 dəfə daş atılıb.

Newscenter.az quruma istinadən bildirir ki, bunlardan 24-ü “Stadler” sərnişin qatarlarının pəncərələrinə tuş gəlib.
Nəticədə, qatarın pəncərəsi zədələnib, sərnişinlərin həyatına təhlükə yaranıb, bəzi hallarda qatar təcili tormozlama etdiyi üçün qrafikdə gecikmələr yaşanıb.

Əksər hallarda qatara daş atan azyaşlıların valideynləri tapılaraq vurulan zərərin qarşılığında cərimələniblər.

ADY dəmir yolu xətti ətrafında yaşayan sakinləri təhlükəsizliyə əməl etməyə çağırır. Valideynləri övladlarını bu barədə maarifləndirməyə və bu cür qanunsuz hərəkətlərdən yayındırmağa səsləyir.

Süleyman
Xəbəri paylaş