Yaxın Şərqdə hələ ki, sabitliyi bərqərar etmək mümkün olmur. Baxmayaraq ki, ötən müddət ərzində bir neçə dəfə fərqli ölkələr İsraillə HƏMAS arasında atəşkəsin əldə olunması üçün təşəbbüslər irəli sürüblər.
Newscenter.az-ın xəbərinə görə, politoloq Zeynal Əmrəliyev də deyib ki, Netenyahu növbəti dəfə təklif edilən atəşkəs sazişindən imtina etdi və müharibəni davam etdirəcəklərini bildirdi:
"Görünür İsrail hökuməti Qəzzanı tamamilə işğal etmək niyyətindədir. İsrail Qəzzaya qarşı çox ağır silahlardan istifadə edir. Vəziyyət o həddə çatıb ki, artıq İsrailin özündə də Netanyahuya qarşı etirazlar var. İsrailin solçu qüvvələri lap əvvəldən bu müharibəyə qarşıdır".
Politoloq deyib ki, Benyamin Netenyahunun bu qədər radikal addımlar atması müttəfiqi ABŞ - da da ciddi narahatlıq doğurur:
"Biden adminstrasiyası bu əməliyyatlardan çox narahatdır və bu əməliyyatların bitməsini istəyir. Qətər, Türkiyə və Misir regionda İsrailə qarşı əsas qarşı duran dövlətlərdir. Netenyahu dünyanı yeni bir gərginliyə aparır. Şübhəsiz ki, Yaxın Şərqdə vəziyyətin nizamlanması yalnız və yalnız demokratik və tam müstəqil Fələstin dövlətinin yaradılmasından keçir".
Süleyman