Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Paşinyan Əliyevin istənilən göstərişinə əməl etməyə məcburdur-erməni fəal

Paşinyan Əliyevin istənilən göstərişinə əməl etməyə məcburdur-erməni fəal


"Nikol Paşinyan Konstitusiyanı öz təşəbbüsü ilə deyil, Azərbaycan prezidenti Əliyevin göstərişi ilə dəyişməyə çalışır".

Newscenter.az hraparak.am-a istinadən bildirir ki, bunu erməni ictimai fəalı Avetis Babacanyan səsləndirib.

Babacanyan deyib ki, Ermənistan dərhal Azərbaycanın tələbini yerinə yetirir və Azərbaycan üçün problemli olan Konstitusiyadan imtina etməyə hazır olduğunu bəyan edir:

"Azərbaycanda heç kim konstitusiya dəyişikliklərindən belə danışmır. Paşinyan Əliyevin istənilən göstərişinə və ya tələbinə əməl etməyə məcburdur",-deyə o qeyd edib.

Mehman Mehdiyev
Xəbəri paylaş