Ermənistanın baş naziri Nikol Paşinyanın son aylar atdığı addımlar ölkədə ciddi narazılıq yaradıb. İndi hər ötən gün Paşinyana qarşı olanların sayı sürətlə artır.
Newscenter.az-ın xəbərinə görə, erməni ictimai fəal Avetis Babacanyan bunu baş nazirin düşünülməmiş addımları ilə əlaqələndirib. O bildirib ki, Paşinyanın bütün hərəkətləri Ermənistan Respublikasının suverenliyini və müstəqilliyini aradan qaldırmağa yönəlib:
"Buna nail olmaq üçün o, erməni dövlətçiliyini erməni ictimaiyyətinin gözündə alçaltmağa, aşağılamağa, erməni xalqını öz dövlətinə nifrət etməyə, öz dövlətindən imtina etməyə məcbur etməyə çalışır. Bundan sonra dövlət gücsüz və müdafiəsiz qalacaq".
Avetis Babacanyan hesab edir ki, Paşinyan, insanların ruhunda və şüurunda Ermənistan Respublikasının varlığını məhv etmək, o dövləti dəyərdən salmaq üçün hər şeyi edir,
Mehman Mehdiyev