Son aylar Qazaxıstanla Ermənistan arasında müxtəlif sahələrdə əməkdaşlıq əlaqələri genişlənir. Bir müddət əvvəl iki ölkə arasında hərbi sahədə əlaqələri inkişaf etdirməyə qərar verən Astana və İrəvan, indi də mədəniyyət sahəsində əməkdaşlığın perspektivlərini nəzərdən keçirir.
Newscenter.az news.am-a istinadən xəbər verir ki, bu məqsədlə Ermənistanın Qazaxıstandakı səfiri Armen Qevondyan Qazaxıstanın mədəniyyət və informasiya naziri Aida Balayeva ilə görüşüb.
Görüşdə 2023-2025-ci illərdə Ermənistan və Qazaxıstan arasında mədəniyyət sahəsində əməkdaşlıqla bağlı məsələlər müzakirə olunub. Həmçinin, danışıqlar zamanı mədəniyyət müəssisələri ilə yaradıcı kollektivlər arasında birbaşa əlaqələrin genişləndirilməsinə, milli mədəniyyətlərin təbliğinə töhfə verən sərgilərin, konsertlərin və digər tədbirlərin keçirilməsinə yönəlmiş ikitərəfli əməkdaşlıq proqramını müzakirə edilib.
Sona