Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Qərarlarınızda qəti olun və vədlərinizə əməl edin

Qərarlarınızda qəti olun və vədlərinizə əməl edin


İş həyatında hər bir işçi çox dəyərlidir. Bu dəyərlərdən biri zədələnsə, bütün tarazlığı poza bilər. Buna görə gördüyünüz ən sadə şey, ən əsası, hər iş, həmin iş yeri üçün eyni həyati əhəmiyyətə malikdir.

Buna görə iş yerinizdəki hər bir vəzifəyə eyni hörmətlə yanaşmalısınız. İstər tabeliyinizdə olanlara, istərsə də rəhbərliyə. İşdə bir söz verirsinizsə, onu yerinə yetirməlisiniz. Çünki düzgün ünsiyyətin ən vacib tələblərindən biri etibardır. Yalnız bir-birinə güvənən insanlar birlikdə işləyə və müvəffəqiyyət qazana bilərlər.

Verdiyiniz vədləri yerinə yetirmək insanlara yalnız sizin barədə müsbət baxış bəxş etmir, həm də sizinlə işləmək istəklərini artırır. Qərarlarınızda qəti olun və vədlərinizə əməl edin.

Mehriban Fətəliyeva
Xəbəri paylaş