Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Qızılca böyüklər arasında geniş yayılır

Qızılca böyüklər arasında geniş yayılır


Qazaxıstanda qızılca xəstəliyinin böyüklər arasında daha geniş yayılmsı müşahidə edilir.

Newscenter.az "Sputnik Qazaxıstan"a istinadən bildirir ki, belə hal daha çox paytaxt Astanada qeydə alınır. Astananın baş sanitar həkimi Sərxat Beysenova deyib ki, cari ilin əvvəlindən paytaxtda 1890 ilkin, 532 təsdiqlənmiş qızılca hadisəsi qeydə alınıb ki, onların da 381-i 14 yaşa qədər uşaqlardır. 2 yaşa qədər uşaqlar arasında qızılca xəstəliyinin göstəricisi isə azalır.

O cümlədən, 1 yaşadək uşaqlar arasında xəstəlıik 15 faiz, bir yaşlı uşaqlar arasında isə 8,5 faiz artıb,

Onun sözlərinə görə, şəhərdə qızılcaya qarşı peyvənd olunmamış insanlar tez-tez infeksiya yayır. Bu gün xəstə olanların 68 faizi bu kateqoriyaya aiddir.

Nərgiz Əzizova
Xəbəri paylaş