Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Rusiya və Özbəkistan tədarük olunan qazın həcmini artıracaq

Rusiya və Özbəkistan tədarük olunan qazın həcmini artıracaq


Rusiya və Özbəkistan tədarük olunan qazın həcmini artırmağı düşünür.

Newscenter.az "Sputnik Özbəkistan"a istinadən bildirir ki, hazırda tərəflər sözügedən məsələ ətrafında müzakirə aparırlar..

Rusiyanın bu ölkədəki səfiri Oleq Malqinov deyib ki, qaz tədarükünün artırılması Özbəkistanın iqtisadiyyatının və sosial həyatının sabitləşməsinə mühüm töhfə verir:

"İndi gələcəkdə daha çox həcmdə qaz tədarükü üçün uzunmüddətli müqavilənin bağlanması üçün danışıqlar aparılır”.

Onun sözlərinə görə, Rusiya ilə Özbəkistan arasında iqtisadi əməkdaşlıq təkcə qaz sektorunu deyil, həm də metallurgiya, maşınqayırma, yüngül sənaye, kənd təsərrüfatını əhatə edir. İki ölkə arasında ticarət dövriyyəsi 9,8 milyard dollara çatıb.

Qeyd edək ki, bu ilin ortalarında Rusiya ilə uzunmüddətli qaz tədarükü müqaviləsinin bağlanması planlaşdırılır.

Mehman Mehdiyev
Xəbəri paylaş