Düşənbə və Bişkek aralarında yaranmış sərhəd problemini mərhələli şəkildə həll edir.
Newscenter.az "Sputnik Taacikistan"a istinadən bildirir ki, 2023-cü ildə iki ölkə mübahisəli sərhədin 169,48 kilometrlik hissəsi ilə bağlı razılıq əldə ediblər.
Tacikistan Torpaq İdarəetmə və Geodeziya Dövlət Komitəsinin və Topoqrafiya İşçi Qrupunun sədri Orif Hocazadə deyib ki, 2023-cü ildə Tacikistan və Qırğızıstanın topoqrafik işçi qrupları 15 görüş keçirib.
İndiyə qədər təyin etdikləri ortaq sərhədin Tacikistan və Qırğızıstan arasındakı ümumi sərhədin təxminən 90 faizini təşkil etdiyini bildirən Hocazadə, iki ölkə arasında ümumi sərhədin 972 kilometr təşkil etdiyini deyib.
Nərgiz Əzizova