Türkiyədə mart ayında yerli hakimiyyət orqanlarına seçkilər keçiriləcək. Yerli seçkilər, ümumi seçkilərdən fərqli olaraq, ölkənin ümumi siyasətini müəyyən etmir, daha çox yerli özünüidarəetmə orqanlarının idarə heyətini müəyyənləşdirir. Ancaq yerli idarəçilərin Türkiyənin ən əhəmiyyətli şəhərlərində, xüsusilə İstanbul, Ankara, İzmir və Bursada keçiriləcək seçkilərlə müəyyənləşdirilməsi bu seçkini əhəmiyyətli edir.
Newscenter.az xəbər verir ki, bu fikirləri Türk Dünyası İqtisad Fakultəsinin dekanı, Uludağ Universitetinin professoru Mehmet Yüce Türkiyədə mart ayında keçiriləcək bələdiyyə seçkilərindən danışarkən səsləndirib. Onun sözlərinə görə, Türkiyədə mart ayında keçiriləcək seçkilər, əvvəlki seçki dövründən fərqli olaraq, böyük şəhərlərdə Xalq Alyansının öndə getməsi ilə yadda qalacaq:
"Bu, mərkəzi hökumətlə uyğunlaşacaq yerli idarəçilərin seçilməsi deməkdir. Belə bir vəziyyət Türkiyədə dövlət xidmətlərinin daha effektiv olmasına gətirib çıxaracaq".
Süleyman