Türkiyədə son 55 ilin rekord göstəricisi qeydə alınıb.
Newscenter.az trthaber-ə istinadən bildirir ki, hadisə Ərdahan vilayətində müşahidə edilib. Belə ki, son 55 ildə Ərdahan vilayətində bu qədər qar yağıb.
Qarın hündürlüyü şəhərin mərkəzində 95, kənd yerlərində 120 santimetr, yüksək ərazilərdə isə 1,5 metrə çatıb. Güclü qar səbəbindən yüksəkliklərdəki kənd evləri qar altında qalıb.
Şəhər mərkəzindən 10 kilometr aralıda yerləşən Sugöze kəndi də güclü qardan zərər çəkib. Bir çox evlərin damı qar altında qalıb.
Sona