Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Xankəndidə silah-sursat aşkarlanıb

Xankəndidə silah-sursat aşkarlanıb


Polis əməkdaşları Xankəndidə avtomat, pulemyot, qumbaraatan və qumbaralar aşkarlayıb.

Bu barədə Newscenter.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.

Fevralın 8-də Xankəndi şəhəri ərazisində 11 ədəd avtomat silahı, 1 pulemyot, 1 ədəd qumbaraatan, 9 ədəd müxtəlif markalı tüfəng, 5 ədəd qumbara, 4 qumbara alışdırıcısı, 84 ədəd patron darağı, 10712 ədəd müxtəlif çaplı patron və digər sursatlar aşkar olunaraq götürülüb.

Mehman Mehdiyev
Xəbəri paylaş